Ötən ay zəhərlənmədən ölənlərin sayı açıqlandı
2025-ci ilin noyabr ayında KTM-in Toksikologiya şöbəsinə ümumilikdə 92 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.
Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 89 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar:
"Pasiyentlərin 32 nəfəri dərman preparatlarından, 30 nəfəri sirkə turşusundan, 3 nəfəri spirtli içkilərdən, 1 nəfəri həlledici məhluldan, 1 nəfəri yandırıcı məhlullardan, 2 nəfəri allergik reaksiyalardan, 9 nəfəri fosfor üzvi birləşmələrindən, 2 nəfəri anafilaktik şokdan, 7 nəfəri tüstüdən, 5 nəfəri isə dəm qazından zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub".
"Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 3 nəfərin (2 kişi və 1 qadın) həyatını xilas etmək mümkün olmayıb.
Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub", - qurumdan əlavə olunub.
Digər Xəbərlər
13 Yanvar 2026 10:33
Uşağınız niyə sizə deyil, naməlum blogerlərə inanır? - Mütəxəssis əsas səbəbi izah edir
13 Yanvar 2026 10:32
Yeniyetmə yaşında olan uşaqların psixoloji xüsusiyyətlərini anlayın - SN-dən valideyinlərə tövsiyə
11 Yanvar 2026 14:20
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
08 Yanvar 2026 16:40
"Bu hallarda mütləq həkimə müraciət olunmalıdır" - TƏBİB-dən XƏBƏRDARLIQ
07 Yanvar 2026 15:18
AQTA-dan “Nestle” ilə bağlı VACİB AÇIQLAMA
07 Yanvar 2026 10:28
Məşhur uşaq qidaları geri çağırıldı - Tərkibində zəhər var
07 Yanvar 2026 10:23
Mövsümi kəskin respirator viruslar artıb - Nazirlikdən əhaliyə ÇAĞIRIŞ
06 Yanvar 2026 13:03


Bakı -°C

