Ötən həftə aşkarlanan mina sayı açıqlandı

Azad olunan ərazilərdə iyunun 23-dən 29-na qədər 18 tank əleyhinə mina, 85 piyada əleyhinə mina, 524 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1350.8 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Digər Xəbərlər

İsmayıllıda qeysəriyyə əməliyyatı zamanı döl tələf olub

Sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb

Cümşüdün ölümü ilə bağlı cinayət işi başlandı

Bakıdakı partlayışla bağlı cinayət işi başlandı

Ağdamda polis əməkdaşı minaya düşdü - YENİLƏNİB

Yekaterinburqda öldürülənlərin nəşi bu gün Azərbaycana gətiriləcək

6 nəfərin meyiti aidiyyəti üzrə təhvil verildi - VİDEO
