"Türkiyəyə bütün enerji resursları Zəngəzur dəhlizi üzərindən ötürüləcək" - Bayraktar
"Yaxın zamanda Türkiyəyə bütün enerji resursları Zəngəzur dəhlizi üzərindən ötürüləcək və logistik yollar birləşdiriləcək".
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə-Suriya qaz boru kəmərinin açılış mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
O bildirib ki, hazırda Azərbaycandan Türkiyəyə elektrik enerjisi Gürcüstan ərazisindən keçməklə ötürülür.
Onun sözlərinə görə, Orta Asiyada yerləşən digər enerji mənbələri və logistik marşrutlar Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılacaq.
Nazir vurğulayıb ki, Azərbaycandakı təbii sərvətlər - neft, qaz, bununla yanaşı, elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələr birgə icra olunur. Bu istiqamətdə mühüm irəliləyişlərin olduğunu diqqətə çatdıran Bayraktar deyib: “Bu günədək həyata keçirilən layihələrə misal olaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, eləcə də Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm”.
Digər Xəbərlər
16 Iyun 2026 10:02
“Azeri Light”ın qiyməti 86 dollara düşdü
15 Iyun 2026 15:15
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
15 Iyun 2026 10:02
"Brent"in qiyməti martdan bəri ilk dəfə 84 dollardan aşağı düşdü
12 Iyun 2026 13:26


Bakı -°C

