Ötən il Azərbaycanda 268 qadın öldürülüb

2024-cü il ərzində qeydə alınmış cinayət hadisələri üzrə 22325 zərərçəkmiş şəxsin 7130-u qadın olub.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.
Zərərçəkmiş qadınlardan 3059-u xəsarət alıb, 268-i isə ölüb. Müqayisə üçün bildirilir ki, 2023-cü ildə 24287 zərərçəkmiş şəxsin 7134-ü qadın olub. Zərərçəkmiş qadınlardan 2996-sı xəsarət alıb, 296-sı ölüb.
2024-cü il ərzində məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələri üzrə 1471 (2023-cü ildə -1513) zərərçəkmiş şəxsdən 1228-i (2023-cü ildə - 1224) qadın olub, onlardan 1196-ı (2023-cü ildə 1173) xəsarət alıb.