29 Iyun 2025 08:42
192
SİYASƏT

Overçukun Azərbaycana səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunub.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılara qrşı həyata keçirdiyi əməliyyat və həmyerlilərimizin qəddarlıqla qətlə yetirilməsidir.

Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.