Öz-özünə hərəkət edən avtomobil qəza törətdi - VİDEO
Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, Gəncə prospekti ilə 8 Noyabr prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, ilkin ehtimala görə səkidə park edilən avtomobil içərisində sərnişin ola-ola qəfil hərəkətə başlayaraq yolda olan svetofora çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, 1 ədəd üzərində piyada bölmələri olan nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb. Sıradan çıxan svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xatırladır ki, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinə əsasən nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir. Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitəsini park edərkən sadə təhlükəsizlik qaydalarına əməl etsinlər.
Digər Xəbərlər
17 Yanvar 2026 10:57
Sərxanı xilas edən polis polkovnikinin adı açıqlandı - VİDEO
16 Yanvar 2026 10:40
Biləcəridə meşə məhv olur - 8 aydır tədbir görülmür - VİDEO
16 Yanvar 2026 10:02
Yük maşını ilə motosiklet toqquşdu - Rusiya vətəndaşı öldü
15 Yanvar 2026 13:30
Sabah hava necə olacaq?
15 Yanvar 2026 10:47
Universitet vəfat edən tələbələrlə bağlı məlumat yaydı
15 Yanvar 2026 10:03
Bakıda tələbə qız vəfat etdi
14 Yanvar 2026 11:52
Güclü küləyin fəsadları - Bakıda 6 ağac aşdı
13 Yanvar 2026 13:26


Bakı -°C

