Öz soğanımız qalıb çürüyür, xaricdən soğan gətirirlər
Qəribə olsa da, deyəcəyik; bu gün ölkəmizin regionlarında 100 tonlarla soğan anbarda qalıb, onun bazarı tapılmır. Daha doğrusu, soğanı əkib-becərən adamlar deyiblər ki, qardaş, 100 tonlarla soğanımız əlimizdə qalıb, heç gəlib bizdən 15-20 qəpiyə də alan yoxdur. İlboyu çəkdiyimiz əziyyət hədər gedir. 10-15 günə o soğanları satmasaq, hamısı məhv olacaq. Ona görə də biz əlaqədar qurumlardan kömək istəyirik. Xüsusən də Ağdamda, Bərdədə sahibkarlar soğanın satılmamasından və anbarda qalıb çürüməsindən çox gileylənirlər. Onlara isə heç bir qurum kömək göstərmir.
Amma bəzi işbazlar İrandan və o cümlədən, xarici ölkələrdən keyfiyyətsiz soğan gətirib camaata sırıyırlar. Özümüzün ucuz və keyfiyyətli soğanlarımız anbarlarda qalıb, xaricdən gətirilən zəhər kimi acı soğanlar od qiymətinə satılır. Hansı ki, yerli istehsal həmişə xaricdən gətirilən bostan və tərəvəz məhsulundan daha keyfiyyətlidir.
Bütün ölkələrdə daxili bazar qorunur. Əvvəlcə yerli istehsal satışa çıxarılır, sonra bu azlıq edirsə, xaricdən məhsul idxal edilir. Amma bizdə isə çox təəssüf ki, daxili bazarı qoruyan yoxdur, bu yerli məhsullar anbarda qalıb çürüyür. Bu isə ilboyu kəndlinin çəkdiyi zəhmətin hədər getməsi deməkdir.
Emil FAİQOĞLU
Digər Xəbərlər
01 Oktyabr 2026 11:08
Manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA
01 Oktyabr 2026 10:58
"Qarabağ və Şərqi Zəngəzurda dövlət-özəl tərəfdaşlığı xüsusi diqqətdədir" - Nazir
01 Oktyabr 2026 10:53
“Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur”
01 Oktyabr 2026 10:05
Azərbaycan nefti bahalaşdı
01 Oktyabr 2026 09:57
"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
30 Sentyabr 2026 17:19
Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı
30 Sentyabr 2026 16:38
Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı
30 Sentyabr 2026 14:40


Bakı -°C

