“Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib”
“İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib”.
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir: “İşğaldan azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar. Arayış üçün deyə bilərəm ki, 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə “Chevrolet” markalı 10 min 720 avtomobil və “Isuzu” markalı 275 avtobus istehsal edilib.
Hazırda ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib və onlar müxtəlif iqtisadi sektorlarda - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Özbək şirkətlərinin Azərbaycanda fəaliyyəti ölkələrimiz arasında qarşılıqlı etimadın, əlverişli investisiya mühitinin və güclü iqtisadi tərəfdaşlığın göstəricisidir”.
Digər Xəbərlər
21 Avqust 2026 16:17
İlham Əliyev Şavkat Mirziyoyevə minnətdarlığını bildirdi
21 Avqust 2026 15:55
Prezident Türkmənistanla bu sənədləri təsdiqlədi
21 Avqust 2026 15:11
“Bu fakt qürur hissi doğurur”
21 Avqust 2026 14:40
“Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur”
21 Avqust 2026 14:22
“Bu, son beş ildə yeddinci səfərimdir”
21 Avqust 2026 14:10
“Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb”
21 Avqust 2026 12:43
“Tramp İrana qarşı “misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid” elan etdi”
21 Avqust 2026 11:38


Bakı -°C

