31 Mart 2025 15:26
242
DÜNYA

Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri dostluq stelasını açıblar

Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri Şavkat Mirziyoyev, Emoməli Rəhmon və Sadır Japarov üç ölkənin dövlət sərhədlərinin qovşağında yerləşən Dostluq stelasının açılış mərasimində iştirak ediblər.

Adalet.az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, mərasim martın 31-də Xucənddə təşkil olunmuş yüksək səviyyəli tədbirlər çərçivəsində baş tutub.

Üç ölkənin baş nazirinin müavinləri videokonfrans vasitəsilə dövlət başçılarına tikinti işlərinin başa çatması və obyektin tam hazır olması barədə məlumat veriblər.

Qeyd olunur ki, bu abidə qardaş ölkələr arasında möhkəmlənən dostluq, mehriban qonşuluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətlərinin mühüm rəmzinə çevriləcək.