Özəl klinikalar endirim edəcəklərmi?!
Heç kimə sirr deyil ki, bu gün özəl klinikalarda həm müayinə, həm müalicə, həm də həkim baxışı çox bahadır.
Elə cərrahiyyə əməliyyatları var ki, onun qiyməti 10 min manatdan çoxdur. Aydındır ki, əksər dövlət xəstəxanalarına gedərkən müayinə olunmaq üçün həkimlər pasiyentləri özəl klinikalara göndərirlər. Deyirlər ki, ordakı avadanlıqlar və aparatlar daha müasirdi və düzgün diaqnoz qoyulur. Bunu da başa düşmək olar. Amma onu da başa düşmək olmur ki, özəl klinikalarda nə müayinədə, nə də müalicədə heç bir endirim edilmir. Hətta elə özəl klinika var ki, əvvəllər həkim qəbulu 50-100 manat arasında idisə, indi 150-200 manat civarına çatır. Belə olanda isə hər pasiyent həmin həkimin qəbuluna gedib düşə bilmir. Çünki pulu çatmır.
Bu özəl klinikalar nə Xaloğlu Tərxanındı, nə Məmmədhəsən kişinin, nə də Əliş müəllimin. Bu özəl klinikanın hamısı pullu və varlı adamlarındı. Sağlıqlarına qismət! Əziyyət çəkib klinika tikiblər, avadanlıq gətiriblər. Bunlar hamısı aydındı! Aydın olmayan odur ki, bu pullu və varlı adamlar müayinə, müalicə və həkim qəbulunun qiymətini endirmirlər. Bu qiyməti endirsələr, Allaha da xoş gedər, imkansız adamların da duası onlara kömək edər və qazandıqları pulları rahatlıqla xərcləyərlər.
Emil FAİQOĞLU
Digər Xəbərlər
08 Sentyabr 2026 14:50
1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi
08 Sentyabr 2026 11:14
Sakinləri hər gün kabab tüstüsünə tutan "Valentino" restoranından şikayət - VİDEO
08 Sentyabr 2026 07:39
“Uşaqlar hamısı xəstəlik tutub, dərdimizə əlac edən yoxdur” - VİDEO
07 Sentyabr 2026 13:44


Bakı -°C

