Özlərini jurnalist kimi təqdim edib pul tələb etdilər - Polis saxladı
Balakəndə özlərini jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar.
Adalet.az xəbər verir ki, rayonda özlərini jurnalist kimi təqdim edən iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıb. Məlumata görə, onlar əsasən stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gəliblər və zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
18 Dekabr 2025 12:42
Qusarda qadın əri tərəfindən öldürüldü - YENİLƏNİB
18 Dekabr 2025 10:33
Saxta sənədlər hazırlayaraq vətəndaşlara qarşı dələduzluq etdi
17 Dekabr 2025 13:38
Mütəşəkkil dəstə üzvləri saxlanıldı - VİDEO
17 Dekabr 2025 12:40


Bakı -°C

