“Sosial eksperiment” adı altında dələduzluq edildi
Abşeron rayonu ərazisində bir nəfər üzləşdiyi qeyri-adi dələduzluq hadisəsi ilə bağlı polisə müraciət edib.
Adalet.az-ın məlumatına görə, zərərçəkən bildirib ki, naməlum şəxs Xırdalan şəhərində ona yaxınlaşaraq ehtiyacı olduğu üçün ondan 1 manat istəyib. Pulu verdikdən sonra isə zərərçəkənin cibində xeyli miqdarda maddi vəsait olduğunu görən həmin şəxs sosial eksperiment apardıqlarını bildirib. O, veriliş üçün bir qədər də pul lazım olduğunu və çəkilişdən sonra geri qaytaracağını deyib. Bu yolla zərərçəkənin 1350 manatını alaraq ələ keçirib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı Mehdiyev Elvin Əvəz oğlu müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Digər Xəbərlər
07 Yanvar 2026 17:13
Sərhəddə 128 milyon manatlıq qaçaqmal tutulub - VİDEO
06 Yanvar 2026 10:48
Polis aşkarladığı qanunsuz silah-sursatın sayını açıqladı
05 Yanvar 2026 17:42
Bakıda tədris mərkəzindən oğurluq olub
05 Yanvar 2026 13:26
Polis iki gündə 26 avtomat, 11 tüfəng, 26 qumbara aşkarlandı
05 Yanvar 2026 11:56
Keçmiş məhkum evdən külli miqdarda qızıl və pul oğurladı
01 Yanvar 2026 13:03
“Qarpız” yükünün içərisində narkotik keçirməyə cəhd etdilər - VİDEO
30 Dekabr 2025 17:20
Keçmiş iş yerindən 6 min manatlıq oğurluq etdi
30 Dekabr 2025 13:34


Bakı -°C

