Zelenski Trampla yeni görüşünün anonsunu elan edib
Ukrayna Prezidenti Volodimir Zelenski yaxın zamanda amerikalı həmkarı Donald Trampla görüşəcəyinə və onunla təhlükəsizlik təminatları məsələsini müzakirə edəcəyinə ümid edir.
Adalet.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə deyib.
"Təhlükəsizlik zəmanətləri üzrə 15 ildən daha uzun müddəti əhatə edən danışıqlarda hər hansı ilkin razılaşmalar varmı? Çünki dekabrda mən bu məsələni qaldırdım, ABŞ Prezidenti bu məsələni təxirə saldı, dedi ki, baxacaqlar. Düşünürəm ki, yaxın zamanda onunla görüşəcəyəm, Vaşinqtonda, bəlkə də başqa bir yerdə görüşdük, görək prezidentin planları necədir? Və düşünürəm ki, orada bu sualıma cavab ala biləcəyəm", - Prezident qeyd edib.
O, Ukraynanın tərəfdaşlarla quruda, havada və dənizdə təhlükəsizlik təminatlarını müzakirə etdiyini bildirib. Ukrayna üçün təhlükəsizlik təminatlarının müzakirəsi zamanı Britaniya və Fransanın nüvə qalxanının yerləşdirilməsi məsələsi müzakirə edilməyib.
"Ayrıca istiqamət - hava hücumundan müdafiədir, eləcə də ordumuzun gücləndirilməsi, həmçinin şəxsi heyət üçün əlavə maliyyələşdirmə, briqadalarımızın komplektləşdirilməsi bizim üçün çox vacibdir", - o bildirib.
Digər Xəbərlər
31 Yanvar 2026 17:52
Yaxın vaxtlarda Mayamidə ABŞ-Rusiya danışıqları BAŞLAYACAQ
31 Yanvar 2026 17:42
İranda partlayış: Əlirza Təngsiri öldürülüb?
31 Yanvar 2026 17:40
İranda güclü partlayış: ölənlər var
31 Yanvar 2026 17:10
BMT müflis olmaq təhlükəsindədir - Quterreş anons verdi
31 Yanvar 2026 16:00
“Hücum olarsa, buna çox güclü cavab verəcəyik” - Araqçı
31 Yanvar 2026 15:43
BMT-dən Kiprlə bağlı qərar: Ankaradan sərt reaksiya
31 Yanvar 2026 14:55
İrana doğru hərəkət edən “ÖLÜM GƏMİSİ” - Qorxuducu “Abraham Lincoln”
31 Yanvar 2026 14:15


Bakı -°C

