"Özünüzü dini xadimlərdən asılı vəziyyətə salmayın"- Elşad Miri

“Mənim əsas məqsədim insanları heç bir zaman özümə tərəf çəkmək deyil. Demirəm, gətirin mənə nəsə verin, demirəm ki, gəlin birlikdə nəsə edək, özəl bir məscid açaq. Deyirəm ki, siz özünüz oyanın, siz özünüz ayılın”.
Adalet.az xəbər verir ki, ilahiyyatçı Elşad Miri bu sözləri youtube kanalına müsahibə verərkən deyib. O, haqqında yazılan ittihamlara cavab verib.
“Məsələn, mən bugün mənə etiraz edənlərin mühitində, təfəkküründə yetişmişəm. Yəni onların bugün mənə niyə etiraz etdiklərini çox gözəl başa düşürəm. Çünki mən də o cür düşüncədə olsaydım, Elşad Mirinin dediyi məsələləri kimsə mənə gəlib desəydi, mən ilk növbədə etiraz edərdim. Bəlkə də həmin adamı günahlandırmağa başlayardım. Amma normal bir insan fikirləşir ki, bəs yaxşı, ola bilər, Elşad Miri pisdir, onu qəbul eləmirəm, amma gəl onun dediklərinə baxaq, görək dedikləri Qurana uyğun gəlir, ya yox?! Ona baxandan sonra mən qərar verə bilərəm ki, Elşad özünəmi çağırır, yoxsa Quranamı?! Mənim əsas məqsədim insanları heç bir zaman özümə tərəf çəkmək deyil. Demirəm, gətirin mənə nəsə verin, demirəm ki, gəlin birlikdə nəsə edək, özəl bir məscid açaq. Deyirəm ki, siz özünüz oyanın, siz özünüz ayılın. Açın orada yazılanlara baxın. Özünüzü dini xadimlərdən asılı vəziyyətə salmayın. Allahla insan arasında heç bir din xadimi yoxdur. Allahla insan arasında heç bir vasitəçi yoxdur. Açın, oxuyun, başa düşmədiyinizi qeyd edin, müzakirəyə çıxaraq. Allah Quranın necə asan olduğunu “Qəmər” surəsində 4 ayədə qeyd edir”.
Emin
Digər Xəbərlər

“Decapo” klubunun fəaliyyəti dayandırıldı - VİDEO

Leyla Əliyevanın təşəbbüsü ilə "Explore Azerbaijan with IDEA" layihəsi fəaliyyətə başlayıb

Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb - YENİLƏNİB

Samir Şərifova daha bir vəzifə verildi - Baş nazirdən sərəncam

Prezident 4 kəndin sakinləri ilə görüşdü - FOTOLAR + YENİLƏNİB

İcma: Qərbi Azərbaycan TV-nin adından yanlış məlumatlar dərc edilib
