02 Avqust 2024 12:23
118
SİYASƏT

PA-nın şöbə müdiri gənclərə çağırış etdi

Bizim varlığımızın gələcəkdə necə olması Azərbaycan gənclərinə bağlıdır. Mən istəyərdim ki, Azərbaycan gəncləri aralarında ingilis dilində yox, öz dilində danışsınlar.

Adalet.az xəbər verir ki, bunu PrezidentiAdministrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib.

Onun sözlərinə görə, gənclər bütün ölkələrdə aparıcı qüvvədir: "Artıq ən yüksək amallar gənclər tərəfindən həyata keçirilir. Gənclərimiz xarici ölkələrdə yaşayır, təhsil alır. İnsanın ən böyük hüququ yaşamaq hüququdur. Hüququndan keçən əsgərlərimiz torpaq uğrunda ölümə getdilər. Siz bunları bilməli və gələcək nəsillərə ötürməlisiniz".

F.Əliyeva bildirib ki, qalib ölkənin vətəndaşı olmaq qürurludur: "Azərbaycan sizə əmanətdir. Dünən Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü idi. Azərbaycan dili bizə məxsus olan nemətdir. Siz gənclər onu biləndə bir-birinizə bağlanırsınız".Report