Pakistanda məhv edilən terrorçu sayı 200-ə yaxınlaşdı
Bir neçə gün əvvəl Pakistanın Bəlucistan vilayətində törədilmiş koordinasiyalı terror hücumları nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.
Adalet.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Qeyd edilib ki, ölənlərdən 22-si polis, qalanları isə mülki şəxslərdir.
Məlumata görə, Pakistan təhlükəsizlik qüvvələri separatçı “Bəlucistan Azadlıq Ordusu”na qarşı cavab tədbirləri görüb. Nəticədə indiyədək azı 197 terrorçu zərərsizləşdirilib.
Eyni zamanda, terrorçularla mübarizəyə dronlar və helikopterlər də cəlb edilib.
Qeyd edək ki, ötən həftəsonu Bəlucistanın bir sıra bölgələrində kamikadzelər və silahlı şəxslər koordinasiyalı şəkildə terror aktları törədiblər, hücumların hədəfi polislər və mülki şəxslər olub.
Digər Xəbərlər
16 Sentyabr 2026 16:14
"İranla müharibə ABŞ-yə baha başa gəlir"
16 Sentyabr 2026 16:10
Kosovonun eks-liderinə 25 il həbs cəzası verildi
16 Sentyabr 2026 15:22
Amerikalılar İranla münaqişə fonunda 107 milyard dollar yanacaq alıblar
16 Sentyabr 2026 14:47


Bakı -°C

