Papaya yenidən danışmağı öyrədəcəklər

Argentinalı kardinal Viktor Fernandes sətəlcəmdən müalicə olunan Papa Fransiskin nitqini bərpa etmək üçün uzunmüddətli reabilitasiyaya ehtiyac duyacağını söyləyib.
Adalet.az xarici mediaya istinadən xəbər verir ki, o bu qənaətə Romadakı Gemelli klinikasında pontifiklə görüşə bildikdən sonra gəlib.
"İndi onun reabilitasiyaya ehtiyacı olacaq, çünki uzun müddətdən sonra çoxlu oksigenqəbulu ilə hər şey quruyur və sonra demək olar ki, yenidən danışmağı öyrənməlisən", - deyə Fernandes qeyd edib.