Narkotikin təsiri altında olan sürücü saxlanıldı
Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan “Peugeot” markalı avtomobilin sürücüsü Azər Adıgözəlov Baş Dövlət Yol Polisi İdarəsinin 5-ci taqımının əməkdaşları tərəfindən stasionar posta saxlanılıb.
İdarədən Adalet.az-a verilən məlumata görə, sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.
Bununla yanaşı, avtomobilində narkotik vasitə də aşkar olunduğu üçün Azər Adıgözəlov ərazi polis orqanına təhvil verilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Digər Xəbərlər
24 Sentyabr 2026 15:52
Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var
24 Sentyabr 2026 11:55
Bakıda 51 min manatlıq oğurluq
24 Sentyabr 2026 11:31
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23 Sentyabr 2026 13:25
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22 Sentyabr 2026 09:36
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
21 Sentyabr 2026 11:42


Bakı -°C

