“Paris-2024”: Lebron Ceyms ABŞ-ın bayraqdarı olacaq

ABŞ-ın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarlarından biri müəyyənləşib.
Adalet.az xəbər verir ki, iyulun 26-da keçiriləcək açılış mərasimində bu funksiyanı tanınmış basketbolçu Lebron Ceyms yerinə yetirəcək. Bu barədə ABŞ Olimpiya Komitəsi məlumat yayıb.
Ulduz basketbolçu indiyədək iştirak etdiyi “Afina-2004”də bürünc, “Pekin-2008” və “London-2012” Yay Olimpiya Oyunlarında isə qızıl medal qazanıb.
ABŞ-ın qadın bayraqdarının adı isə iyulun 23-də açıqlanacaq.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Digər Xəbərlər

"Sabah" "Zirə"yə qalib gəldi

Millimiz heç-heçə etdi

Bəhmənlinin futbol stadionu...

“Atletik” taktiki baxımdan güclüdür” - Qurban Qurbanov

2025-ci ilin ən çox gəlir əldə edən futbolçusu oldu

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək

UEFA Qazaxıstan Futbol Federasiyasını cəzalandırdı
