Parisdə keçiriləcək “Uşaq Avroviziya 2021” mahnı müsabiqəsi: “One Of Those Days” mahnısı hazırdı...
Əvvəlcə oxucularımızı bilgiləndirmək üçün bildirək ki, Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest) — 2003-cü ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir.
Müsabiqənin əsas məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Müsabiqə hər il müxtəlif Avropa ölkələrində baş tutur. Lakin eyni şəhər, ölkə müsabiqəyə bir neçə dəfə ev sahibliyi edə bilər. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə ötən il qalib gələn ölkə növbəti müsabiqəyə ev sahibliyi etmir və ev sahibi ölkələr müsabiqənin təşkilat komitəsinin qərarı ilə seçilir.
.jpg)
Avroviziya Uşaq Mahnı Müsabiqəsində ümumilikdə iştirak edən 39 ölkədən 11-i müsabiqədə qalibiyyət qazanıb. Bu ölkələrdən Gürcüstan üç dəfə, Belarus, Malta, Polşa və Rusiya iki dəfə, Xorvatiya, İspaniya, Niderland, Ermənistan, Ukrayna və İtaliya isə bir dəfə müsabiqədə qələbə qazanmağa nail olmuşdur.
Uşaq hazır, mahnı hazır, müsabiqə yaxın günlərdə olacaq
Adalet.az xəbər verir ki, bu ilin dekabrın 19-da Parisdə keçiriləcək “Uşaq Avroviziya 2021” mahnı müsabiqəsinə Azərbaycanı Sona Əzizova təmsil edəcək. Sona Əzizova sözügedən mahnı müsabiqəsində “One Of Those Days” mahnısı ilə çıxış edəcək.
Qeyd edək ki, 19 ölkənin iştirakı gözlənilən müsabiqə Sena çayı üzərində Segun adasında “La Seine Musicale” konsert zalında keçiriləcək.
Əntiqə Rəşid
Digər Xəbərlər
07 Yanvar 2026 12:43
Mirzəağa Əliyevin teatrdan uzaqlaşdırdığı gənc aktyor - Əntiqə Kərimzadə yazır…
06 Yanvar 2026 13:24
Multikulturalizm Mərkəzi 2025-ci ili uğurla başa vurub
06 Yanvar 2026 10:50
"Qayınana" filminin ssenaristi vəfat etdi
05 Yanvar 2026 17:31
Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub - FOTOLAR
31 Dekabr 2025 09:33
Afaq Bəşirqızı: Atam dedi ki, səni öldürüb sonra öləcəyəm - VİDEO
30 Dekabr 2025 17:22
Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq
29 Dekabr 2025 14:09
"SOLMAYASAN" - VİDEO
26 Dekabr 2025 19:50


Bakı -°C

