Parisdə Le Penə dəstək aksiyası keçirilir - VİDEO
Parisdə Marin Le Penə dəstək aksiyası keçirilir.
Adalet.az xəbər verir ki, vətəndaşlar məhkəmənin hökmü ilə dövlət orqanlarına seçilmək qadağan edilmiş "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri ilə həmrəyliklərini ifadə etməyə toplaşıblar.
Mitinqdə Le Penin özü də iştirak edir. O, çıxışında məhkəmənin qərarının vətənini, xalqını, namusunu tapdaladığını bildirib.
"Mən hamının bilməsini istəyirəm: təslim olmayacağam. Bizə qarşı keçirilən məhkəmə prosesinin siyasi fonunu vurğulamaqdan çəkinmirəm. Bu, məhkəmə qərarı deyil. Bu, siyasi qərardır, siyasətçilər üçün ovdur!" - Le Pen söyləyib.
Xatırladaq ki, Paris məhkəməsi Le Pen və sağçı bir neçə parlament üzvünə Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işi üzrə hökm çıxarıb. İttihama görə, AP 2004-2016-cı illər arasında Le Penin partiyasından olan deputatlara deputat köməkçilərinə maaş vermək üçün vəsait ayırıb, amma reallıqda köməkçilər yalnız "Milli Birlik" partiyası üçün çalışıblar. Le Pen AP pullarının yuyulması üçün "mərkəzləşdirilmiş sistem" yaratmaqda günahkar bilinib.
Digər Xəbərlər
27 Mart 2026 19:00
Rusiya yeraltı müharibəyə hazırlaşır - ŞOK İDDİA
27 Mart 2026 18:51
ABŞ bazalarının koordinatlarını hamı bilir - Lavrov
27 Mart 2026 18:21
“İraqdakı kimi rejimi bəhanə edib İslamın tarixini silməyə yönəlmiş bütün növ fəaliyyət...”
27 Mart 2026 18:09


Bakı -°C

