adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Fevral 2023 12:30
793
HÜQUQ

Parlamentdə işləmək istəyənlərin NƏZƏRİNƏ 

Azərbaycan Respublikası Milli Məclisinin Aparatı hüquqşünas ixtisası üzrə vakant vəzifələrə dövlət qulluğuna qəbul ilə əlaqədar müsabiqə elan edir. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaq.

Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən xəbərə görə, müsabiqənin yazılı imtahan mərhələsində iddiaçıların nəzəri bilikləri və Azərbaycan Respublikasının qanunvericiliyinə bələdliyi yoxlanılacaq.

Müsahibə mərhələsində namizədlərin hüquq sahələrinə, o cümlədən konstitusiya, cinayət, inzibati, mülki, vergi, maliyyə, əmək və sosial təminat hüququna aid bilik səviyyəsi, hüquq normalarının mənasını aydınlaşdırmaq və fikirlərini səlis ifadə etmək bacarığı, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünyagörüşü müəyyən olunacaq.

Maraqlanan şəxslər öz tərcümeyi-hallarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Sənəd qəbulu 2023-cü il martın 3-dək davam edəcək. Normayaratma fəaliyyəti sahəsində təcrübəsi olan şəxslərə müsabiqədə üstünlük veriləcək.