Saxta sənədlərlə vətəndaşları hərbi xidmətdən yayındıran şəxsin işi məhkəməyə göndərildi
Saxta sənədlər hazırlamaqla çağırışçıların qanunsuz olaraq həqiqi hərbi xidmət keçməkdən yayınmalarını təşkil edən “The Times Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Ceyhun Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, istintaqla Ceyhun Hacıyevin ona müraciət etmiş ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq onların guya xarici ölkədə yerləşən ali təhsil müəssisələrində əyani şəkildə bakalavr və magistr təhsili almalarına dair saxta sənədlər hazırlamasına, habelə həmin şəxslərin sözügedən sənədlərdən istifadə edərək növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı toplanmış sübutlar əsasında Ceyhun Hacıyevə Cinayət Məcəlləsinin 320.1 (hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama), 32.3, 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırmağa təşkilatçılıq etmə) və digər maddələri ilə yekun ittiham elan edilməklə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Digər Xəbərlər
08 Sentyabr 2026 16:50
Anar Əsədli barəsində qərar verildi
08 Sentyabr 2026 15:08
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
28 Avqust 2026 13:32
Prokurorluqdan Ziya Muradovun ölümü ilə bağlı AÇIQLAMA
27 Avqust 2026 10:18
Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz
25 Avqust 2026 17:26
Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib
24 Avqust 2026 19:00
Beynəlxalq axtarışda idi - Azərbaycana gətiriləcək
21 Avqust 2026 12:13
Araik və Vardanyanla bağlı üçüncü ölkəyə müraciət edild
20 Avqust 2026 13:50


Bakı -°C

