Partladılan Kaxovka su anbarı: Qara dəniz fəlakəti, nüvə təhlükəsi başladı
Kaxovka SES-i rusiyalılar tərəfindən partladıldığı artıq heç kəsə gizli deyil. Artıq bütün dünya bu fəlakətin başqa və daha qorxunc bir fəlakətin başlamasının siqnalı olduğunu düşünür.
Adalet.az xəbər verir ki, İtaliyanın nüfuzlu “La Repubblica” nəşri bu fəlakət hər kəsi narahat etdiyini yazaraq baş verən dəhşətli çirklənməni belə təsvir edir:
“Ekoloji fəlakət təkcə Ukraynanın problemi deyil. ... Partlayan bəndin cənub hissəsində böyük bir sahə Dnepr çayının suları altında qalıb. Bu ərazilərdə benzin, dizel, pestisidlər, mineral yağ, digər yanacaq çənlərinə, distribyutorlara, kimyəvi və silah anqarları mövcuddur. Həmin kimyəvi qarışıqlar anbarın sularına qarışaraq nəhəng kütlə şəklində dənizə doğru axır. ...Bu çirklənmə prosesinə qarşı heç kimin edə biləcəyi heç nə yoxdur. Artıq Qara dəniz minalarla doludur. ... Yaranacaq axıntıları, kimyəvi və bioloji çirklənmə, böyük neft ləkələri normal olaraq saxlanıla və təmizlənə bilər, lakin burada partlayış təhlükəsi səbəbindən mümkün deyil. Türkiyə və Avropa sahillərində ətraf mühitin çirklənməsi riski böyükdür. Müharibənin nəticələri vəba kimi yayılacaq”.
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirmişdir ki, Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ərazisində vəziyyət getdikcə gözlənilməz və “potensial təhlükəli” olur:“Mən zavodun üzləşdiyi nüvə təhlükəsizliyinə real təhlükələrdən çox narahatam”, - Qrossi bildirib. O, təhlükəli nüvə qəzası təhlükəsinin qarşısını almaq üçün “indi hərəkətə keçmək” lazım olduğunu qeyd edib. Zaporojye AES-i soyuducu su ilə təmin etmək üçün istifadə olunan su anbarının səviyyəsinin əhəmiyyətli dərəcədə azalması nüvə təhlükəsini də reallaşdırır.
P.S. Dnepropetrovsk vilayətinin Maryanskoe rayonunda balıqların kütləvi ölümü qeydə alınıb. Bunun Dnepr çayının suyunun azalması ilə əlaqələndirsələrdə, mütəxəsislər Dneprdə zəhərli maddələrin ola biləcəyini güman edir.
Əntiqə Rəşid
Digər Xəbərlər
01 Oktyabr 2026 23:32
"Birliyin Gücü – 2026" birgə hərbi təlimi BAŞA ÇATDI - FOTOLAR
01 Oktyabr 2026 18:45
Hava dəyişir - BDYPİ sürücülərə müraciət etdi
01 Oktyabr 2026 17:50
Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
01 Oktyabr 2026 13:22
Yaşar Gülər Zakir Həsənovla Şuşada - FOTOLAR
01 Oktyabr 2026 11:56
"Azərsun Holdinq"in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb
01 Oktyabr 2026 10:03
Hərbçilərimiz Gürcüstandakı təlimdə
01 Oktyabr 2026 09:41
Sahil Babayev Samir Şərifovun qərarında dəyişiklik etdi
30 Sentyabr 2026 23:05


Bakı -°C

