adalet.az header logo
  • Bakı -°C
06 Iyul 2026 10:53
90
HADİSƏ
A- A+

Partlayışda ölən qız imtahandan yüksək bal toplayıbmış

Bakının Yasamal rayonunda baş verən partlayışda ölən gənc qız bir neçə gün əvvəl ali məktəbə qəbul imtahanı veribmiş.

Adalet.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Zəhra İsrafilova imtahandan 500-dən yuxarı bal toplayıbmış. Məlumata görə, qız yaxın günlərdə ixtisas seçimi edəcəkmiş.

Qeyd edək ki, iyunun 4-də səhər saatlarında Bakının Yasamal rayonu, Ümid Əkbərov küçəsində ikimərtəbəli evdə partlayış baş verib. Hadisə nəticəsində 2010-cu il təvəllüdlü Zəhra İsrafilova dünyasını dəyişib, üç nəfər ailə üzvü isə dağıntılar altından sağ çıxarılıb./Oxu.az