Paşinyan: ABŞ dövlət katibi ilə söhbətdə İrəvan və Bakı arasında sülh sazişi məsələsi müzakirə edilib

Martın 25-də ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı İrəvan və Bakı arasında sülh sazişinin imzalanması məsələsi də müzakirə edilib.
Adalet.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə "Hökumət saatı"nda bildirib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi İrəvan və Bakı arasında sülh sazişi üzrə razılaşmanın əldə edilməsinin və sənədlə bağlı danışıqların başa çatdırılmasının vacibliyini vurğulayıb.
N.Paşinyan qeyd edib ki, tərəflər sülh sazişinin tez bir zamanda imzalanması və ratifikasiya edilməsinin vacibliyi barədə razılığa gəliblər.
O, Rubio ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsini də müzakirə etdiyini vurğulayıb: "Biz Ermənistan və ABŞ arasında yüksək səviyyəli əlaqələri davam etdirməklə bağlı razılığa gəldik".
Digər Xəbərlər

Ərdoğan iranlı həmkarı ilə regional məsələləri müzakirə edib

Myanmadakı zəlzələ nəticəsində 1 644 nəfər ölüb - YENİLƏNİB

Pablo Eskobarın ortağı Kolumbiyaya qayıdarkən saxlanılıb

İsrail əsgərləri Qəzzada döyüşlərə qayıtmaq istəmir

Ən yaxşı məsləhətçim həyat yoldaşımdır- Zelenski

Vens: Qara dənizdə atəşkəs sazişi demək olar ki, hazırdır

Britaniyada zibil qutusunda məxfi hərbi sənədlər tapıldı
