Paşinyan hökuməti sülh sazişinə görə təbrik etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 21-də nazirlər kabinetinin növbəti iclasını keçirib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Paşinyan iclasın başlanğıcında hökuməti sülhün bərqərar olması münasibətilə təbrik edib.
Onun sözlərinə görə, bu, avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış bəyannamədə qeyd olunub.
Paşinyanın sözlərinə görə, Vaşinqtona getməzdən əvvəl hökumət, genişləndirilmiş Təhlükəsizlik Şurası, prezident, parlament və regional qubernatorların iştirakı ilə məsləhətləşmələr aparılıb. Müzakirələr nəticəsində tərəflər bəyannamənin imzalanmasının zəruri olduğu qənaətinə gəliblər.
"Yaxın gələcəkdə bizi çox iş gözləyir, bu, konstruktiv, dinc və yaradıcı olmalıdır", - Paşinyan vurğulayıb.
Digər Xəbərlər

Ərdoğan Makronla regional və qlobal məsələləri müzakirə edib

Ukrayna potensial görüş yerlərinin adlarını açıqladı

Tarixdə ilk dəfə "atom sammiti" keçiriləcək

ABŞ qırıcısı okeana düşdü

Avstriya kansleri Putin və Zelenski görüşü ilə bağlı yeni təklif irəli sürdü

Yeltsinin qızının paylaşımı başına bəla oldu

Kaliforniya şirkəti inək peyinindən təyyarə yanacağı istehsalına başlayır
