Tramp Putinin növbəti "blefindən" qorxacaqmı? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
106 | 2025-08-21 13:06

Xəbər verildiyi kimi, bu günlərdə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüş, dünya mətbuatının və siyasi şərhçilərin əsas müzakirə obyektinə çevrilib.

Qərb mətbuatı rusiya-amerikan görüşünü müzakirə etdiyi bir vaxtda, Çinin Sohu mətbu orqanının analitikləri diqqəti "Yeni torpaq arxipelaqına" yönəldiblər. Beləki, Sohu mətbu orqanı bildirir ki, Rusiya arxipelaqda yeni məxvi silahı, guya qərb hərbi dairələrinin yuxusunu qaçıran "gecə dəhşəti", sonsuz uçuş imkanına malik - "Burevedtnik" raketlərini sınaqdan keçirməyi planlaşdırır.

 Ağlım kəsəndən Rusiya (təkcə Rusiya yox) demək olar ki, hər il, iki ildən bir nümayişkanə şəkildə, guya uzaqməsafəli, böyük dağıdıcı gücə malik, nüvə başlığı daşımaq imkanı olan müxtəlif növ raket kompleksləri təqdim edir. 

 Təxminən 10-15 il qabaq, Rusiya prezidenti Vladimir Putinin  hərbi gəmidən, şəxsən S-300  "İsgəndər" raketinin sınaq atışı nümayiş olunurdu. Kompyuterdə, guya 11 min km-lik məsafədə, Sakit okean ərazisindəki maketin dəqiq vurulması göstərilirdi. Rusiya mətbuatı ağız dolusu bu raketlərin dünyada analoqu olmadığı bildirilirdi. Qərb dövlətləri həmin vaxtlarda təlaş içindəydi. Lakin...

Sonralar həmin "İsgəndər" raketlətərindən, guya Azərbaycanın torpaqlarını erməni işğalından azad etmək niyyətindən çəkindirmək məqsədiylə beşini də Ermənistana vermişdi. Lakin o "İsgəndər"lər deyildiyi kimi də effektli nəticələr vermədi və Rusiyanın bir belə əfsanəvi "blefi" aşkara çıxdı.

 İndi Çin mətbu orqanı daha sonra yazır ki, ABŞ uzun zamandlr ki, düşünürdü ki, bu silahında növbəti dəfə "blef" edir və ruslar belə bir silah yarada bilməzlər. 

 Çin analitiklərinin sözlərinə görə,  guya Tramp həyəcandan yata bilmir.  Dünyanın ən güclü kəşfiyyatına malik bir dövlətin başçısının Rusiyada və yaxud elə Çinin özündə kimin nə vaxt yatıb-durduğundan məlumatı olan ABŞ, guya bilmir ki, harda nə hazırlanır?

 Rusiya daha əvvəllər yaratdığı "dəhşətli raket komplekslərinə güvənib, Ukraynanı bir həftəyə işğal etmək istəyirdi, lakin bir həftə artıq üç il yarımdı hələ də müharibə aparır, yüz minlərlə canlı qüvvəsini, küllü miqdarda hərbi texnikasını itirib, Ukraynanın paytaxtı Kiyevdə "qələbə paradı" keçirə bilmir. Hətta artıq Şinali Koreyadan gələn hərbi dəstəyin ümidinə qallb.

 Putin və onun təbliğat maşını, indi də "Burevestnik" "blefi" ilə dünyanı qorxuzmağa çalışır...


 

TƏQVİM / ARXİV