05 Iyun 2024 10:58
11105
MÜSAHİBƏ

"Paşinyan "soyqırımı" deməsə də, böyük qüvvələr yalanı  körükləyir "- MÜSAHİBƏ

Bir neçə gündür erməni mediası baş nazir Paşinyanın mifdən ibarət olan və dünya gündəmini zəbt edən saxta erməni soyqırımına münasibətini yenidən müzakirələrə çıxarıb.
Xatırlayırsınızsa, bu ilin aprelində Ermənistan baş naziri Nikol Paşinyanın qondarma soyqırımı ilə bağlı verdiyi göstəriş erməniləri təlaşlandırıb. Əlbəttə ki, yüz illik yalanlarının üzə çıxacağından ehtiyatlanan ermənilər Ermənistanın arxivlərində bu barədə yetərincə məlumat və materialların olmadığını etiraf ediblər.
ABŞ prezidenti Co Baydendən fərqli olaraq Paşinyanın 1915-ci il hadisələri ilə bağlı “böyük fəlakət” və “cinayət” ifadələrindən istifadə etməsi də Ermənistanda mübahisələrə səbəb oldu. Paşinyan həmin hadisələr üçün işlədilən “soyqırımı” sözü əvəzinə “böyük fəlakət” və “cinayət” sözlərindən istifadə edib. Paşinyan qısa müddətdə müxalifət dairələrindən kəskin reaksiya aldı.

Hətta 1919-cu ildə -Birinci Dünya Müharibəsindən sonra ABŞ prezidenti Vudro Vilsonun Ermənistanla münasibətləri araşdırmaq üçün Yaxın Şərqə komissiya göndərdi Komissiyanın rəhbəri Türkiyədə araşdırma aparan General Harbord həmin müddətdə rəsmi hesabat hazırladı. Hesabatında bunları qeyd etdi: ermənilərin iddialarının yalandır,soyqırımdan söhbət gedə bilməz!
Belə olduğu halda ermənilər niyə 1965-ci ildən etibarən saxta “erməni soyqırımın”na sarıldılar "sualımıza
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev cavab verir.

- Zaur müəllim , ABŞ hələ 1919-cu ildə elan etdi ki, Osmanlı dönəmində erməni soyqırımı olmayıb. Ondan sonra uzun müddət bu söhbət gündəmə gəlmədi. Qəflətən 1965-ci ildə artıq ermənilərin yalandan qaladıqları ocağın üstünə sanki kimsə yağ tökdü...Kimdir, erməniləri yalana həvəsləndirən?

-Məlumdur ki, 2001-ci ilə qədər rəsmi Vatikan 1915-ci ildə Osmanlı imperiyası daxilində baş verən hadisələrlə bağlı “soyqırım” sözünü işlətməyib. 2001-ci ildə Roma Papası 2-ci İohan Pavel ilə Patriarx 2-ci Qareginin yaydığı bəyannamədə ilk dəfə "soyqrımı” sözü işlədilib. Bundan sonra Vatikan siyasətini dəyişdirdi.

-Niyə məhz 2001 –ci ildə birdən birə Papa bu ifadəni işlətdi?Buna səbəb Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin qüllələrinin partladılması səbəb oldu? Axı, bu terrrorda müsəlmanlar hədəfə alındı?

- Əslində səbəb daha dərində idi....Papalığın bütün maliyyə sistemi rəsmi olaraq Dini İşlər İnstitutu (IOR) kimi tanınan Vatikan bankı üzərində qurulub. Bu bankın fəaliyyətinə nəzər salanda Dini istiqamətdə xərclənən pullardan çox çirkli pulları yumaq, Papanı bir çox işlərdə razı salmaq üçün böyük məbləğli korrupsiya məsələləri ilə görmək olar.
Hazırda Avropada “Dünyanın ən məxfi bankı” kimi də tanınan IOR çirkli pulların yuyulması və korrupsiya ilə tanınır. IOR ilə bağlı ən böyük qalmaqallardan biri onun əsas səhmdarı olduğu Ambrosiano Bankın Siciliya mafiyası üçün çirkli pulların yuyulmasında ittiham olunması idi.

Çox uzaq zamana getməyək, elə 2022-ci ildə Roma Baş Prokurorluğunun araşdırma hesabatında Dini İşlər İnstitutu (IOR) adı altında fəaliyyət göstərən Vatikan Bankının bəzi köçürmə əməliyyatlarında Aİ ölkələrində çirkli pulların yuyulmasının qarşısının alınmasına yönəlmiş qaydaları pozduğu təsdiqlənib. İstintaq çərçivəsində, keçən aylarda pulların yuyulması əməliyyatı şübhəsi ilə IOR-dan JP Morgan Frankfurt və Fucino banklarına köçürülən 23 milyon avroya həbs qoyan prokurorluq, təxminən 140 milyon avro məbləğində pul köçürmə əməliyyatlarını da yoxlamağa qərar vermis idi.

Məhz bu banka 2001-ci ildə 25 milyard dollarlıq bir köçürülmə baş verir. Köçürülümə İsveçrə banklarından birinin vasitəsilə baş verib və köçürməni edən isə Amerikalı milyarder Kirk Kirkoryan idi. Bu pul hansı məqsədlə köçürülüb. Kirkoryan ABŞ-da Fresno şəhərində (Kaliforniya ştatı)-da anadan olub. 1800-cü illərin sonunda Maraşdan ABŞ-yə köç etmiş bir ailənin övladı idi. Atası Aharon Qriqoryan, anası Liliya Qriqoryandır. Böyük biznesə malik olan Kirkoryan 9 yaşında Türklərin düşməni olaraq çıxışlar etməyə başlayıb. Bütün var dövlətini Türkiyə və Azərbaycan əleyihinə yönəldib. Qarabağ işğalda olanda 80 milyon dollar Xankəndi-Şuşa-Laçın yolunun çəkilməsinə xərcləyib.

- Oxucularımız bu erməni milyarderi yaxşı tanıyır. Hollivudda ilk dəfə "Qondarma erməni soyqırımı" mövzusunda olan “Vədə” filminin çəkilməsi üçün 100 milyon dollar ayırdı. Film romantik səhnələrlə dolu bir sevgi hekayəsi ətrafında soyqırımın təbliğatı idi. Film “Oskar”a namizəd oldu. Hər ilin 24 aprelin dünyanın 70-ə yaxın ölkəsinin dövlət televiziyalarında nümayiş olunur.

- Bəli həmin o millətçi erməni, Vatikana kiçik miqdarlarda maliyyə yardımı edərək Papa II İohann Pavelin diqqətini cəlb edir və onunla görüşməyə razı olur. Görüş zamanı əldə edilən razılıq belə idi:
1) Vatikan Gizli Arxivlərində bolqar əsilli polkovnik Panço Dorefin təqdim etdiyi sənədlərin üzə çıxarılmaması (qeyd edim ki, 1931-ci ildə erməni məsələsi ilə bağlı sənədlərin Bolqarıstana, oradan da Vatikana qaçıran şəxsdir)
2) Erməni Katolik Kilsəsini ziyarət edən Apostol kilsəsinin nümayəndəsi monsinyor Jovanni Naslian tərəfindən Papanın katibi, kardinala yazdığı hesabat üzə çıxarılmır. Çünki həmin hesabatda əldə etdiyimiz bir məktubda Jovanni Naslian Papaya yazır ““Erməni Katolik Kilsəsi katoliklərin Türk hökumətinə çətinlik yaratmayacağı təminatını verirlər. Türk hökuməti də katoliklərə hər zaman yaxınlıq göstərdiyini bəyan edir. Katolikləri sadiq və güvəniləsi təbəələri kimi tanıdıqlarını rəsmən qeyd edirlər.”
3) Vatikanın Osmanlı dövləti ilə yazışmaları üzə çıxarlmır
4) 1915-ci ildə Vatikanın xüsusi nümayəndələrinin Osmanlı dövlətində apardıqları araşdırmalar üzə çıxarılmır
5) Papa Ermənistana səfər edir və soyrıqım abidəsini ziyarət edir və soyqırım faktını təsdiq edir.
6) Bütün bunlar icra edilsə 25 milyard dollar Vatikanın IOR bankına köçürülür.

- Papalar üçün hələ qarşıdakı müsəlmandırsa, pulun xətrinə onların əleyhinə qərar vermək su içimi kimi asan bir işdir.

- Elə belə də olur. Bu müqavilədən sonra Vatikan Gizli Arxivləri Müdiri Sergio Paganonun “Il Messaggero” qəzetində müsahibəsi dərc edilir və Papanın belə qərar qəbul etməsindən qəmgin olduğu ifadə işlədilir.
Vatikanın gizli arxivlərində olan, 1915-ci ildə “soyqırım” olmadığını göstərən yüzlərlə sənəd var və onlar 2001-ci ildən bağlı sandıqlarda gizlədilir. Mən Amerika, Fransa, İngiltərə, Almaniya və digər ölkələrin arxivlərində uzun müddət axtarışlar aparmışam, yüzlərlə sənəd, fotofakt, yazışmaların surətləri və digər sənədləri əldə etmişəm, amma "erməni soyqırımı"na aid heç bir materiala rast gəlməmişəm.
Odur ki, Roma Papası II İohann Pavel 2001-ci ildə Ermənistanda xristianlığın dövlət dini qəbul olunmasının 1700 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir və Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında ermənilərin” kütləvi qırğınını yenidən “soyqırım” “adlandırır.

- Bəs, bu saxtakarlığın bir gün bitməsi üçün nə etmək lazımdır?

- ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü olmuş, Ohayo ştatından seçilmiş Jan Şmidt hələ uzun müddət öncə bu fikirlə gündəmə gəlib: “1915-ci il hadisələrini soyqırımı kimi qiymətləndirmək doğru deyil və bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəkləyirəm”. Nə oldu sonra? Ermənilər dərhal lobbilərini işə salıb komissiya yaradılmasına mane oldular. Niyə? Çünki sənədlər onların yalanlarını üzə çıxaracaqdı".

-Maraqlı bir məqamı da qeyd etmək istəyirəm: Deməli, məhşur amerikalı siyasətçi, Ronald Reyqanın məsləhətçisi Bryus Feyn tərəfindən aparılan araşdırmada da bir daha “erməni soyqırımı” barədə deyilənlərin əsassız olduğu bildirilib: "Prezident Reyqanın tapşırığına əsasən, biz bu məsələ ilə bağlı araşdırma apardıq. Bir neçə Avropa ölkəsinin və o dövrdəki Osmanlı imperiyasının hərbi arxivindən materiallar aşkar olundu. Araşdırmanın nəticəsində məlum oldu ki, o dövrdə ermənilərdən qat-qat daha çox türk qətlə yetirilib. "Erməni soyqırımı" haqqında nağıllar erməni tarixçilərinin uydurmasından başqa heç nə deyil. Erməni quldur dəstələri 2 milyondan artıq türkü qətlə yetirmişlər". Buna baxmayaraq “soyqırımı” kəlməsini ABŞ prezidentləri arasında ilk işlədən Ronald Reyqan olub. 1981-ci ildə. Təbii ki şərtlər dəyişəndə məqsədlər də dəyişir.

-Papa Fransisk 2015-ci ildə qondarma erməni soyqırımının 100-cü ili səbəbiylə bir dini ayin keçirir.
Roma Papası Fransisk bütün ermənilərin katolikosu II Qareginin müşayiəti ilə Yerevanda “Erməni soyqırımı xatirə kompleksinə” baş çəkir. 2016-cı ildə və Fransisk İrəvanda yazılı mətndə olmamasına baxmayaraq, şifahi nitqində “erməni soyqırımı” ifadəsindən istifadə edir. Papa Francis 2001-ci ildə Roma Papası II İohann Paulun bəyanatındakı sözləri işlədərək deyir: "'20-ci əsrin birinci soyqırımı' sayılan ilk faciəni erməni xalqı yaşayıb".
Bu fakt bir daha sübut edir ki, ermənilərin uydurduğu soyqırım əfsanəsi sadəcə pul gücünə inandırılır insanlara və dünyada Xristian dinin mərkəzi sayılan Vatikan və Papalar pulla satılan şəxslərdir. Din və sairə onlar üçün puldan sonra gəlir . Bütün bu səbəblər erməniləri yalan , mif “erməni soyqırımı”na inandırır və onlar da bunu gündəmdə saxlayırlar.

 - Geniş məlumat üçün sizə təşəkkür edirik. Ümidimiz var ki, Ermənistan Baş naziri siyasi iradə nümayiş etdirərək  soyqırım yalanlarını ortaya çıxaracaq və öz xalqının başqa dövlətlət, siyasi xadimlər tərəfindən "maşa" kimi istifadə edilməsinə son qoyacaq. 

 Əntiqə Rəşid