Patent sahibinin müstəsna hüquqları ilə bağlı yeni qayda
Patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmayan halların siyahısı genişləndiriləcək.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, bu Qanun, Avrasiya Patent Konvensiyası və Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokolunun müddəalarına xələl gətirmədən patent sahibi tərəfindən və ya patent sahibinin icazəsi ilə istənilən dövlətdə qanuni yolla təsərrüfat dövriyyəsinə daxil edilmiş vasitələrin istifadəsi, istifadə üçün təklif olunması, satışı və idxalı patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmayacaq.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
26 Yanvar 2026 21:00
SOCAR Dünya Bankı ilə yaşıl enerji dəhlizlərini müzakirə edib
26 Yanvar 2026 12:19
Ağdərə-Kəlalə avtomobil körpüsünün tikintisi bizə nə verəcək? - Açıqlama
26 Yanvar 2026 09:54
Azərbaycanın Ermənistana ötənilki ixracının DƏYƏRİ
26 Yanvar 2026 09:25


Bakı -°C

