adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 May 2023 09:00
1413
AVTOMABİL

Paytaxtda sıxlıq olan yollar - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakı siyahıdakı kimidir:

    1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;

    2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə;

    3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

    4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    5. "20 Yanvar" dairəsində;

    6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

    7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

    9. 28 May və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    11. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

    12. Zərifə Əliyeva küçəsində;

    13. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

    14. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.