Penitensiar xidmət və DİN əməliyyat keçirdi, narkotik aşkarlandı - FOTO
Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi əməliyyat keçirib.
Bu barədə Adalet.az-a Penitensiar xidmətdən məlumat verilib.
Bildirilib ki, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ağayev Qurban Fərhad oğluna məxsus ümumi çəkisi 2101,7 qram narkotik maddə tiryək Binəqədi rayonu, 22-ci Dağlıq küçəsi ərazisində sahibsiz avtomobilin təkərinin içərisində gizlədilmiş 2 ədəd şüşə qabda aşkar edilərək götürülüb. Məlumata görə, faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
02 Oktyabr 2026 11:47
Qaxda əməliyyat - İki nəfər həbs edildi
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edildi
30 Sentyabr 2026 13:49


Bakı -°C

