adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Aprel 2024 15:55
1656
İQTİSADİYYAT

Peskov Ermənistanın Rusiyaya növbəti saymazlığını ABŞ-a yüklədi: " "MİR" kartları..."

"Ermənistan bankları ABŞ-ın görünməmiş təzyiqi səbəbindən “Mir” kartlarının qəbulunu dayandırıb".

Adalet.az  Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O deyib ki, Ermənistan bankları “Mir” kartlarının qəbulunu aprel ayında İrəvanın siyasətinə görə deyil, ABŞ-ın görünməmiş təzyiqinə görə dayandırıb.

 Qeyd edək ki, hələ mart ayının əvvəlində  "VTB Ermənistan" bankının (Rusiya VTB-nin törəmə müəssisəsi) nümayəndəsi RBC-yə demişdi ki,  30 mart 2024-cü il tarixindən etibarən Ermənistan banklarının əksəriyyəti Rusiyanın “Mir” ödəniş sistemindən kartların qəbulunu dayandıracaq:

“Martın 30-dan etibarən istifadəçilər artıq POS terminallarda nağdsız ödənişlər edə və respublikanın digər banklarının bankomatlarından nağd pul çıxara bilməyəcəklər. Bu, "VTB Ermənistan" kartlarının fəaliyyətinə heç bir şəkildə təsir etməyəcək”.

Məlumat üçün bildirək ki, Qırğızıstanda ümumilikdə 23 bank fəaliyyət göstərirki, onlardan "Doskredobank", "Bakai Bank" və “Kompanion” bankı, eyni zamanda Qazaxıstanın isə “Bank of Asia” “Mir”lə bağlı xidməti dayandırıb.
Türkiyə isə “Mir”ə alternativ hazırlayır.

 Əntiqə Rəşid