Peskov Zelenski haqqında:"O, vassaldı, ən pis qulluqçudur, ağa və nökər..."
Xatırladaq ki, fevralın əvvəlində ABŞ Prezidenti Donald Tramp Ukraynaya nadir təbii ehtiyatlar qarşılığında yardım təklif etmək istədiyini bildirmişdi. Fevralın 12-də ABŞ-ın maliyyə naziri Skott Besant Kiyevə səfəri zamanı hazırlanmış sənədi Ukrayna hakimiyyətinə təhvil verib.
Bu əlbəttə Rusiyaya xoş gəlmədi.
Adalet.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində buna qarşı olduqlarını bildirib:"2010-cu ildə Ukrayna və Rusiya arasında “Xarkov sazişləri”nin imzalanması iki ölkə arasında dostluq münasibətləri fonunda baş verib.
o vaxt biz iki qonşu, qardaş, müttəfiq dövlətdən və bərabərhüquqlu dialoqdan danışırdıq. O vaxtlar da bundan danışırdıq. İndi ağa-nökər münasibətlərindən danışırıq. Və bu, hər şeyi izah edir. Bu, hətta vassal da deyil, sadəcə qulluqçudur və həm də ən pis qulluqçudur".
Qeyd edək ki, Elə həmin həftə Zelenski Münhen konfransında ABŞ-ın nadir təbii ehtiyatlar üzrə təklif etdiyi sazişi hazırkı formada imzalamağa hazır olmadığını söylədi.
P.S. İndi biri çıxıb Peskovdan sora ki, görəsən , "iki qonşu, qardaş, müttəfiq dövlət" atributlarına öncə kim və hansı dövlət xəyanət edib?
Ukraynanın hazırki durumunu izlədikcə gözlərim önündə bir mənzərə canlanır. Sanki bir aslan ölümcül yara alıb, aslanın yaralı vücudunu parçalamağa hazır iki çaqqal onu bölüşdürmək üçün fürsət gözləyir, plan qurur...
Əntiqə Rəşid
Digər Xəbərlər
10 Dekabr 2025 20:00
Yaponiyada güclü zəlzələ oldu
10 Dekabr 2025 19:51
Ərdoğan Türkmənistana gedəcək
10 Dekabr 2025 15:33
İrəvan Bakı ilə tam ticarətə hazır olduğunu açıqladı
10 Dekabr 2025 13:59
ABŞ-dən Türkiyənin "F-35" proqramına qayıtması ilə bağlı inadından dönmür
10 Dekabr 2025 13:06
"Bu, Ermənistan və Azərbaycan üçün birgə nailiyyətdir" - Paşinyan
10 Dekabr 2025 11:38
Şərqi Türkiyənin gizli gözəlliklərini bu qış kəşf edin – FOTOLAR
10 Dekabr 2025 11:37
Rusiya bu ölkələrdə təsir agentlərini formalaşdırmağa çalışacaq - Politoloq
10 Dekabr 2025 11:34


Bakı -°C

