Pezeşkian Əsədlə danışdı
İran prezidenti Məsud Pezeşkian ilə Suriya prezidenti Bəşər Əsəd arasında telefon danışığı olub.
Adalet.az xəbər verir ki, bu barədə İran KİV-nin xəbərində bildirilib.
Prezident Pezeşkian telefon danışığında İranın Suriyada birlik və sabitliyə xələl gətirilməsinə qarşı olduğunu bildirib və deyib: “Suriyanın birlik və bütövlüyünə zərər vurmaq əslində regionun və ölkələrin sülh və təhlükəsizliyini hədəf alır”.
ABŞ və İsrailin region ölkələrinin sülh və təhlükəsizliyinin pozulmasında əməkdaşlıq etdiklərini bildirən Pezeşkian İranın bu təhlükəli layihələrə qarşı çıxmağa tam hazır olduğunu vurğulayıb.
Suriya prezidenti Bəşər Əsəd isə terrorla mübarizədə iki ölkənin əməkdaşlığı ilə yanaşı, təhlükəsizlik sahəsindəki son hadisələrə də toxunub. Deyib ki, Suriyadakı son hadisələr regionu parçalamaq, region ölkələrində sabitliyi pozmaq, Yaxın Şərq xəritəsini ABŞ və Qərbin maraq və məqsədlərinə uyğun yenidən tərtib etmək kimi məqsədlər güdür.
Bəşər Əsədin sözlərinə görə, son hadisələr Suriya və ordusunun bütün Suriya ərazisində terrorizmin kökünü kəsməkdə israrını artıracaq.
Digər Xəbərlər
15 Oktyabr 2026 00:06
İstanbulda avtobusu su basdı - Sərnişin dama çıxdı - VİDEO
14 Oktyabr 2026 22:04
Kraliçanın əli havada qaldı - VİDEO
14 Oktyabr 2026 16:54
“Türkiyə-Azərbaycan eyni könül coğrafiyasının ayrılmaz hissəsidir” - Dövlət Bağçalı
14 Oktyabr 2026 09:20
F-35-lərlə bağlı aktiv danışıqlar aparılır - Türkiyə
14 Oktyabr 2026 08:21
BMT-də 15 ölkəyə yeni mandat
14 Oktyabr 2026 08:07
Tramp bir daha İranla münaqişənin tezliklə sona çatacağını bildirib
14 Oktyabr 2026 07:20
İrana qarşı yeni bir əməliyyat ehtimalını müzakirə ediblər
14 Oktyabr 2026 07:19


Bakı -°C

