Pezeşkian qonşu ölkələrin dəstəyindən danışdı: “Buna imkan vermədilər”
"Qonşu ölkələr İrana qarşı iğtişaş planlarının qarşısını aldı".
Adalet.az IRIB-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Pezeşkian bildirib ki, İranın qonşu ölkələri ilə münasibətləri əvvəlkindən daha yaxşıdır və onlar müxtəlif məsələlərdə Tehranla əməkdaşlıq edirlər.
İran liderinin sözlərinə görə, müharibə və gərginlik dövründə ölkənin şimal-qərb və cənub-şərq bölgələrində iğtişaşlar yaratmaq planları olub.
"Onlar iddia edirdilər ki, sərhədlərin o tayından insanlar gəlib bu ərazilərdə qarışıqlıq yaradacaq. Lakin region ölkələri buna imkan vermədi. Qonşularımız yalnız sərhədlərdən belə şəxslərin keçməsinin qarşısını almadılar, həm də bizə dəstək göstərdilər", - deyə Pezeşkian vurğulayıb.
O qeyd edib ki, qonşu ölkələr və İran daxilində əldə olunan həmrəyliyin düşmənin planlarının qarşısını almaqda mühüm rol oynadığını bildirib.
Digər Xəbərlər
21 Sentyabr 2026 23:57
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
21 Sentyabr 2026 23:54
“Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan
21 Sentyabr 2026 19:52
Özbəkistan Naxçıvan üzərindən Türkiyə limanlarına çıxmaq istəyir
21 Sentyabr 2026 19:26


Bakı -°C

