Pilot yuxuladı, döyüş təyyarələri havaya qalxdı - film kimi hadisə…
Dünyada baş verən bir çox hadisələr var ki, onlar haqqında məlumat alarkən həyəcanlanmamaq mümkün deyil. Belə hadisələr içərisində ən qəribə və qorxuluları hava yollarında baş verən hadisələrdir. Belə hadisələrdən biri Fransa hava məkanında olub.
İtalyan aviaşirkətinin pilotu Fransa hava məkanında hərəkəti idarəetmə mərkəzinin çağırışlarına cavab vermədiyi üçün döyüş təyyarələri terror xəbərdarlığına keçib.
Xarici mətbuata əsasən,Nyu-York Con Kennedi Beynəlxalq Hava Limanından Roma-Fiumicino Beynəlxalq Hava Limanına uçan Airbus A330 təyyarəsi Fransa hava məkanından keçərkən hava hərəkətinə nəzarət mərkəzinin zənglərinə cavab verməyib.
Təyyarə ilə 10 dəqiqəlik təmas olmadıqdan sonra Fransanın hava idarəetmə mərkəzi həyəcan vəziyyətinə gətirilib.
Uçuşun qarşısını almaq və vəziyyəti öyrənmək üçün iki Fransız döyüş təyyarəsi təcili olaraq havaya qalxıb. Terror aktı ilə bağlı xəbərdarlıq edilib.
Peyk telefonları və sistemmesajları vasitəsilə 10 dəqiqə ərzində uçuş heyətinə çatmağa cəhd edilib. 10 dəqiqəlik sayıqlıqdan sonra uçuş heyəti ilə əlaqə yaradılıb.
Hadisənin dəqiq səbəbi nə aviaşirkət, nə də səlahiyyətlilər tərəfindən açıqlanmayıb.
Lakin hadisə ilə bağlı ilk məlumat verən İtaliyanın gündəlik qəzeti “Repubblica” hadisənin kapitanın yuxuya getməsindən sonra baş verdiyini iddia edib. Uçuş heyəti bu iddianı təkzib edərək rabitə sistemində nasazlığı əsas gətirsə də, araşdırma zamanı sistemdə hər hansı nasazlıq aşkar edilməyib.
Kapitanın yuxuya getdiyi nəhayət başa düşüldükdən sonra pilot işdən qovulub. Amma hadisə başqa cür də yekunlaşa bilər vənəticədə dəhşətli qəzaya səbəb olardı. Xoşbəxtlikdən bu hava nəqliyyatı ilə bağlı hadisə heç bir zərər olmadan ötüşüb.
HAZIRLADI : BÜNYAMİN BÜNYADZADƏ
Digər Xəbərlər
21 Sentyabr 2026 08:59
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
21 Sentyabr 2026 08:53
Yatarkən işığı söndürmək üçün yeni səbəb
21 Sentyabr 2026 07:21
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
21 Sentyabr 2026 07:11
Həftədə 25 saat hosteldə işləyib... - Bu ölkədə pulsuz yaşamaq olar
18 Sentyabr 2026 15:22
Yeni pişik növü kəşf edilib
18 Sentyabr 2026 09:34
Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
18 Sentyabr 2026 09:17
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
17 Sentyabr 2026 17:05


Bakı -°C

