PKK bu tarixdə ləğv edilsin! - Baxçalıdan ÇAĞIRIŞ
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı PKK terror təşkilatının ən qısa zamanda qurultay keçirərək özünü buraxması və silahlarını təhvil verməsi gərəkdiyini bildirib.
Adalet.az xəbər verir ki, bu barədə o, yazılı açıqlama verib.
Baxçalı PKK-nın özünü buraxması üçün 4 may tarixini təklif edib, qurultayın keçirilməsi üçün Muş vilayətinin Malazgirt rayonunu uyğun yer kimi göstərib.
MHP lideri PKK-nın ləğv qərarının uzadılmasının gözlənilməz nəticələrə və təxribatlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
"Bizim təklifimiz budur ki, Hıdırellez ərəfəsində, məsələn, 4 may 2025-ci il bazar günü Muşun Malazgirt rayonunda DEM Partiyasının bələdiyyə sədrinin dəstəyilə PKK qurultay keçirərək ləğv məsələsinə son qoysun və bu işi bitirsin", - MHP lideri qeyd edib.
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 27 fevralda təşkilatın silahları yerə qoyaraq qurultay keçirib özünü buraxması barədə çağırış edib. Bundan sonra PKK 1 martdan etibarən qüvvəyə minəcək atəşkəs elan etdiyini açıqlayıb.
Digər Xəbərlər
11 Aprel 2026 19:40
İsrail 24 saatda "Hizbullah"a 200-dən çox zərbə endirib
11 Aprel 2026 19:31
Türkiyədə genişmiqyaslı əməliyyatlar - 722 nəfər saxlanıldı
11 Aprel 2026 19:00
İraqın yeni prezidenti o oldu
11 Aprel 2026 18:24
Ərdoğan və Makron bu məsələləri müzakirə edib
11 Aprel 2026 18:19
"ABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayır" - Tramp
11 Aprel 2026 14:26
ABŞ İranın dondurulmuş vəsaitlərini azad etməyə razılaşdı
11 Aprel 2026 12:50
“Xameneinin üzü ciddi şəkildə zədələnib” - YENİ İDDİA
11 Aprel 2026 12:27


Bakı -°C

