Polis Bakıda gecə səs-küy yaradan obyektlərdə tədbirlər keçirib
Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı paytaxt sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində müxtəlif ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərinə baxış keçirilib.
Nəticədə bir neçə restoranın saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini kobud surətdə pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqinin yayımı dayandırılıb, obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib. Bu cür halların təkrarlanacağı təqdirdə daha sərt tədbirlərin görüləcəyi də onların diqqətinə çatdırılıb.
Qeyd edilib ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində məişət səs-küyü ilə bağlı nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Digər Xəbərlər
03 Mart 2026 17:04
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
03 Mart 2026 14:10
Sabah yağış yağacaq - PROQNOZ
03 Mart 2026 13:10
Xırdalandan Bakı-Şamaxı avtomobil yoluna 3 fərqli yerdən tunellər inşa ediləcək
03 Mart 2026 12:22
Uşaq hüquqlarını bu orqanlar müdafiə edəcək
03 Mart 2026 12:10
Prezidentin qızı və gəlini "Nine Senses"də uşaqlarla bir arada - VİDEO
03 Mart 2026 12:06
Çıxışı qadağan olunmuş 554 nəfərin ölkəni tərk etmək cəhdinin qarşısı alındı
03 Mart 2026 11:50
BDYPİ velosipedçilərə çağırış etdi
03 Mart 2026 11:31


Bakı -°C

