Polis əməliyyat keçirdi - 10 narkotacir saxlanıldı
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Adalet.az-a verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin əldə etməsi, saxlanılması, daşıması və satışı ilə məşğul olan Elman Qiyasov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman bükülülərdə satış məqsədi ilə daşıdığı narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar nəticəsində isə ümumilikdə narkotiklərin əldə edilməsi, daşınması və saxlanılması ilə məşğul olan 10 nəfər ( Həsənağa Hüseynov, Gündüz Şıxəliyev, Çimnaz Bayramova, İntiqam Balayev, Xancan Bayramov, Elnur Eldarov, Hikmət Abbasov, Zöhrab Əmirquliyev və Ramin Əliyev) saxlanılıb, həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb.
Bütün faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Qiyasovun barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
19 Dekabr 2025 12:19
Ticarət mərkəzində pirotexniki vasitələr satılan anbar aşkarlanıb - VİDEO
19 Dekabr 2025 11:49
Narkotikin təsiri altında maşın sürən şəxs tutulub
19 Dekabr 2025 11:47
Bu il narkotiklə bağlı 441 cinayət faktı aşkarlanıb
19 Dekabr 2025 10:18
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
19 Dekabr 2025 09:59
“Dedi ki, barışmaq istəyirəm uşaqlarım tək qalıb” - Qusardakı qətlin detalları + VİDEO
18 Dekabr 2025 18:29
3 uşaq anası qayçı ilə qətlə yetirilibmiş - VİDEO
18 Dekabr 2025 12:42
Qusarda qadın əri tərəfindən öldürüldü - YENİLƏNİB
18 Dekabr 2025 11:13


Bakı -°C

