Polis moped və motosiklet sürücülərini maarifləndirdi - VİDEO + FOTOLAR
Polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, paytaxt ərazisində həyata keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.
Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılıb.
İnsanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Bir daha yol hərəkəti iştirakçılarını diqqətli olmağa və qaydalara riayət etməyə çağırırıq.
Digər Xəbərlər
16 Aprel 2026 18:32
Mehriban Əliyeva Türkiyə səfərindən görüntülər PAYLAŞDI - VİDEO
16 Aprel 2026 16:21
Uşaq qidasından həşərat çıxması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib
16 Aprel 2026 14:07
Azərbaycan və Rusiya rəsmiləri Zəngilanda
16 Aprel 2026 13:59


Bakı -°C

