Polis Şəkidə çətənə kolları və 8 kiloqram marixuana aşkarladı

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyasına qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a bildirilib ki, tədbirlərlə Ağdam rayon sakini, 32 yaşlı Pərvin Məhərrəmzadə saxlanılıb.
Onun rayonun Çolaqlı kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 50 kiloqram olan 33 ədəd çətənə kolu və satış məqsədilə orada saxladığı 8 kiloqram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib.
Məhkəmənin qərarı ilə P.Məhərrəmzadə barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər

Polis əməliyyat keçirdi - Külli miqdarda narkotik vasitə götürüldü

Bakıda ailə faciəsi - Ər arvadını öldürdü, özünü asdı

İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alındı

Sumqayıtda silahlı insident - Qazi saxlanıldı

Bakıda 60 yaşlı kişini bacısı oğlu öldürdü - YENİLƏNİB

Bakı məhkəməsi məşhur cinayətkarın ekstradisiyasına icazə verdi

Bakıda ŞOK OLAY: Qız şəkilləri bəyənən kişini sevgilisi DÖYDÜ
