Politoloq şərh etdi: "Bu saziş İrana və Rusiyaya zərbədir, Saakaşvili yoludur"
"ABŞ-Ermənistan strateji əməkdaşlıq sənədi həmin ölkənin administrasiyasının dəyişməsindən 6 gün əvvəl imzalanıb".
Adalet.az xəbər verir ki, bu barədə politoloq Vahe Hovhannisyan yazıb:
“ABŞ-Gürcüstan strateji əməkdaşlıq sənədi 2009-cu il yanvarın 9-da imzalanıb və yanvarın 20-də Barak Obama rəsmən prezident olub. Yəni administrasiya dəyişikliyinə 11 gün qalmış kağız imzalanıb.
Bu, ABŞ-da bizim tipli ölkələr üçün ənənənin olduğunu göstərə bilir. Fəaliyyət müddəti bitən administrasiyalar keçmişdə birgə işlərin tanınması üçün belə bir sənəd imzalayırlar.
Əgər Gürcüstan üçün bu, Saakaşvilinin ərazi itkilərinə və Rusiya ilə münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olan avantürist və açıq-aşkar sərsəm anti-rusçuluğuna bir jest idisə (yəni bu, artıq müəyyən edilmiş faktdı), Ermənistana münasibət də Rusiya Federasiyası ilə əhəmiyyətli dərəcədə münasibətlərin kəskinləşməsi üçün bir bonus, gələcək ərazi itkiləri hesab edilə bilər.
Sənədi imzalayan administrasiyaları kimin əvəz etməsi də az əhəmiyyət kəsb etmir. Demokrat Obama başqa mövzudur, respublikaçı Tramp inqilabi baxışları ilə tamam başqadır.
Ola bilsin ki, Tramp bu sənədi heç xatırlamasın və regionumuzda yüksək praqmatik münasibətlər qursun, ya da Cənubi Qafqaza ümumiyyətlə önəm verməsin.
Belə olan halda bizim ancaq region ölkələri və Rusiya ilə münasibətlərimiz pisləşəcək.
Əsasən Ermənistan mənasız xarici siyasət aparır. Ölkənin xarici siyasətinin məqsədi Ermənistan marağı deyil, hakimiyyəti yenidən yaşatmaq, ABŞ-ın bundan sonra türkləri əzmək üçün qoşun göndərəcəyinə inanmaq istəyən elektoratı birləşdirmək şansıdır.
Mənalı xarici siyasət başqa janrdır. Əgər siz düzgün gündəliyi və düzgün problemləri, Rusiya Federasiyası ilə, Aİ ilə, ABŞ ilə formalaşdırsanız, görünən nəticə olacaq, lakin bunun üçün möhkəm hökumət lazımdır. Ermənistanın müharibədən sonrakı bərpası üçün, tutaq ki, ABŞ-dan çox milyardlıq paket gətirə bilərsinizmi? Bu başqa söhbətdir (ABŞ-ın bu cür uğurlu təcrübələri çoxdur), siz Rusiyadan yeni təşəbbüs gətirə bilərsinizmi, məsələn, mühüm təhlükəsizlik təminatı, yoxsa hərbi-iqtisadi əməkdaşlıq, bu başqa söhbətdir, AB-dən ciddi texnoloji silahlanma ala bilərsinizmi? Dəstək paketi, bu da tamam başqa bir şeydir. Amma bu hakimiyyət boş kağızlardan, öz cəmiyyətinə yalan ümidlər satmaqdan başqa bir iş görmür.
Yaxın tariximizdə strateji qərarın gözəl nümunəsi var. İran-Ermənistan qaz kəmərinin tikintisi (2006-2007). Hamı bunun əleyhinə idi: ruslar, AB, ABŞ, türklər. Amma qaz kəməri bizim üçün həyati əhəmiyyət kəsb etdiyi üçün çəkildi və ondan sonra hamı buna dözdü, hətta bunu müsbət qarşıladı.
Təəssüf ki, təbliğatla qidalanan cəmiyyətlərə görünən nəticədənsə, boş bir kağız parçası daha yaxşı təqdim edilə bilər. Bu gün aqressiv dövlət təbliğatı fonunda cəmiyyətimizə hətta elementar görünən şeyləri belə izah etmək vacib deyil. Məsələn, səhər Azərbaycan-Türkiyənin Zəngəzura hücumu zamanı İrandan dəstək və himayə gözləmək, axşam isə İrana zərbə olacaq sənədə imza atmaq cəfəngiyyatdır., həmin sənəddə yeganə praqmatik addım İrana qarşı addımların atılmasıdır".
Qeyd edək ki, məlum sazişi erməni ekspert Ayk Nahapetyan da bəyənməyib. O bildirib ki, İran Zəngəzur dəhlizində təhlükə görsə, həm həmin əraziyə, həm də Ermənistanın hakimiyyət orqanlarına zərbələr endirə bilər.
Əntiqə Rəşid
Digər Xəbərlər
18 Yanvar 2026 14:02
Raquf Orucovun haqqını rəsmən verməkdə ancaq və ancaq fayda var - Səxavət Məmməd yazır
18 Yanvar 2026 13:56
Raquf Orucov: igidliyi haqqında əfsanələr dolaşan komandir! - Elgün Gəncimsoy yazır
18 Yanvar 2026 13:51
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR
18 Yanvar 2026 11:28
FHN qarlı havada axtarış-xilasetmə ilə bağlı təlim keçirib
17 Yanvar 2026 19:23
Sükan arxasında oyun oynayan sürücü cəzalandırıldı - VİDEO
17 Yanvar 2026 11:02
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
16 Yanvar 2026 17:17
İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi
16 Yanvar 2026 13:15


Bakı -°C

