Portuqaliya UEFA Millətlər Liqasının ÇEMPİONU OLDU

UEFA Millətlər Liqasının final matçı başa çatıb.
Adalet.az xəbər verir ki, həlledici görüşdə Portuqaliya millisi ilə İspaniya seçməsi üz-üzə gəliblər.
Matç qarşılıqlı qollarla keçib. 21-ci dəqiqədə hesabı ispanlar açıblar. Zubimendi fərqlənib. 5 dəqiqə sonra Mendes hesabı bərabərləşdirib.
45-ci dəqiqədə Oyarzabal ispanları yenidən hesabda önə çıxarsa da, ikinci hissədə Ronaldu yenidən oyunda tarazılığı bərpa edib - 2:2. 40 yaşlı oyunçu həm də turnirdə qol vuran ən yaşlı futbolçu olub.
Matçın əsas vaxtında qalibi müəyyən etmək mümkün olmayıb. Əlavə vaxtda da qapılara qol vurulmadığından qalibin adına penaltilər seriyası aydınlıq gətirib. Burada isə daha dəqiq olan portuqallar (5:3) Millətlər Liqası kubokuna yiyələniblər.
Digər Xəbərlər

Arda Gülərə sürpriz təklif

Azərbaycanın voleybol milliləri növbəti matçlarına çıxacaqlar

"Oyunçularım nələr istədiyimi bilirlər" - Fernandu Santuş

Mbappedən daha bir rekord

Millətlər Liqası: İspaniya Fransaya qalib gəldi, finala adladı

Azərbaycan klublarının Avropa macərası

Millətlər Liqasında ikinci finalçı müəyyənləşir - İspaniya Fransaya qarşı
