"Praqada Mədəniyyəti Günləri":Ermənilər qonşulardan qapdıqlarını Çexiyada sərgiləyəcəklər
jpg-1715941305.jpg)
Ermənilər Azərbaycan əleyhinə təbliğat aparmaq üçün Avropaya üz tuturlar.
Adalet.az xəbər verir ki, may ayında üç gün ərzində Çexiyanın paytaxtı Praqada "erməni mədəniyyəti günləri" keçiriləcək. Mayın 24-26-da Praqanın müxtəlif yerlərində müxtəlif tədbirlər keçiriləcək. Əminik ki bu tədbirlərdə ermənilər ənənəvi olaraq Azərbaycan və Türkiyə əleyhinə danışmaq üçün saxta əsaslar səsləndirəcəklər.
Bunu ondan bilmək mümkündür ki, qonşu xalqlara məxsus milli geyimləri oğurlayaraq özlərinə milli geyim yaradan bu oğru toplum tədbirdə "erməni ənənəvi geyimləri", müasir erməni rəssamlarının rəsmləri, erməni xalq mahnısı konsertini də sərgiləyəcəkdir. Mədəniyyət günlərinin proqramı bununla məhdudlaşmır.
Günlər çərçivəsində mayın 26-da Praqadakı Erməni Apostol Kilsəsində soprano Varine Mkrtçyanın çıxış edəcəyi konsert keçiriləcək.
Erməni mədəniyyətinin müxtəlif elementlərinə aid mövzularda mühazirələr də keçiriləcək.
Mayın 25-də Fransa İnstitutunun ərazisində Sergey Paracanovun “Narın rəngi” əsəri nümayiş etdiriləcək. Sonda ermənilər Azərbaycan, türk, fars, rus məxtbəxindən oğurladıqları yeməkləri və şirniyyatları erməni kulinariyası adı ilə çexlərə təqdim edəcəklər.
Qeyd edək ki, bu ilin aprelin 22-də Çexiya Müdafiə Nazirliyinin Sənaye Əməkdaşlığı Agentliyinin baş direktoru Radka Konderlovanın başçılıq etdiyi nümayəndə heyəti ölkəyə səfər edib.
Heyətin tərkibinə Çexiyanın hərbi sənaye şirkətlərinin nümayəndələri də daxil olub. Qeyd olunub ki, Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanla görüşdə bəzi razılıqlar əldə olunub.
Yəqin, erməniləri bu yaxınlıq daha da yaxınlaşdırıb.
Əntiqə Rəşid
Digər Xəbərlər

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Leyla Əliyevadan uşaqlarla bağlı PAYLAŞIM - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO

Mehriban Əliyevadan Uşaqlar Günü PAYLAŞIMI - FOTO

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Türkiyə və Gürcüstandan olan din xadimləri Ağdamda

Bu lampalara görə 5 min cərimələnəcəksiz
