Premyer Liqa: "Sumqayıt" "Neftçi"yə qalib gəlib

Misli Premyer Liqasının XVI turunda "Sumqayıt" "Neftçi"yə qalib gəlib.
Adalet.az-ın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda ev sahibləri 2:0 hesablı qələbəyə sevinib.
Hesabı 20-ci dəqiqədə Kamran Quliyev açıb. Fasiləyə 2 dəqiqə qalmış isə Cordan Rezabala yekun hesabı müəyyənləşdirib.
Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Sumqayıt" altıncı pillədə yer alıb. "Neftçi" isə 13 xalla səkkizinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki görüşülərində "Araz-Naxçıvan" "Səbail"i 2:0, "Zirə" isə 'Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində qalib müəyyənləşməyib - 1:1.
Digər Xəbərlər

Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən çıxarılıb

"Kəpəz"də yeni təyinat

Mbappe ötən ayın ən yaxşısı seçildi

Türkiyənin qadın voleybolçuları ilk dəfə dünya çempionatının finalında

Siz AZAD JURNALİST üçün nə etmisiniz?! - Elçin Cəlilov yazır

Velosipeddən yıxılıb körpücük sümüyünü sındırdı

"İstefa verməsə, lazımi tədbirləri görəcəyik" - AFFA-nın baş katibi
