Prezident Administrasiyasında Qüdrət Həsənquliyev ilə görüş keçirilib
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyunun 11-də Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev ilə görüşüb.
Bu barədə Adalet.az-a Partiyanın Mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, görüş zamanı ötən müddət ərzində əməkdaşlıq çərçivəsində birgə görülmüş işlər, ölkənin daxili siyasətində baş vermiş mühüm hadisələr qeyd olunub, habelə dünya və regionda müşahidə olunan tendensiyalar ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, müxalif siyasi partiyaların Milli Məclisdə təmsil olunması bilavasitə demokratik münasibətlərin təzahürü olmaqla yanaşı, konkret sahələr ilə bağlı qanunların hazırlanması prosesinə də müsbət təsir edir. Belə ki, bu sahədə müxtəlif yanaşmaların tətbiqi normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığını təmin edir.
Görüşdə həmçinin bəzi beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə qarşı tətbiq olunan “ikili standartlar” və informasiya manipulyasiyaları ilə mübarizədə vətənpərvər qüvvələrin səfərbər olunması kimi mühüm məsələdə siyasi partiyaların müstəsna rolu vurğulanıb.
Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması prosesinin ilk günüdən etibarən, həmçinin 44 günlük Vətən müharibəsi zamanı və tarixi Qələbədən sonra ölkəmizdə yaşanan həmrəylik mühitinin, habelə siyasi sabitliyin qorunmasının strateji əhəmiyyəti vurğulanıb və sözügedən prosesdə siyasi partiyaların fəal mövqeyi təqdir olunub.
Aparılan fikir mübadiləsi çərçivəsində son illər ərzində aktiv şəkildə təşviq olunan siyasi dialoq mühiti sayəsində əldə olunmuş sağlam münasibətlərin davamlılığının qorunmasının zərurəti də qeyd olunub.
Dövlətçilik ənənələrinin və milli maraqların qorunması naminə həyata keçirilən bütün təşəbbüslərə öz sadiqliyini bildirən partiya sədri demokratik məzmunlu siyasi dialoq dəyərlərinin inkişafını hər zaman dəstəkləyəcəyini deyib.
Prezident Administrasiyasının rəsmisi görüşün sonunda milli maraqlara cavab verən fəaliyyətdə Ədalət, Hüquq, Demokratiya Partiyasına müvəffəqiyyətlər arzulayıb.
Digər Xəbərlər
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10
“Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez...”
24 Iyul 2026 17:23
MM ABŞ Konqresinin açıqlaması ilə bağlı məlumat yaydı
24 Iyul 2026 16:28
Prezidentdən Rəşad Aslanovla bağlı SƏRƏNCAM
24 Iyul 2026 16:01
Dünya böyük müharibəyə doğru gedir... - Səxavət Məmməd yazır
24 Iyul 2026 12:03


Bakı -°C

