Prezident Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.
Adalet.az xəbər verir ki, Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi ilə bağlı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın məktubunu dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev məktuba görə minnətdarlığını bildirdi.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olundu, energetika, neft-qaz sektorunda əməkdaşlığa toxunuldu, uzun illər Azərbaycan ilə BP arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı, bu xüsusda Cənub Qaz Dəhlizinin icrasının önəmi qeyd edildi.
Görüşdə Baronessa Emma Nikolsonun Bakı Enerji Həftəsində iştirak edəcəyi məmnunluqla vurğulandı.
Söhbət zamanı ticarət, kiçik və orta biznes, sosial layihələrin həyata keçirilməsi, humanitar əlaqələr, qadın hüquqların qorunması sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə olundu.
Digər Xəbərlər
15 Sentyabr 2026 17:41
"Heç kimin qabağında baş əymirik və əyməyəcəyik" - İlham Əliyev
15 Sentyabr 2026 17:15
"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır" - Dövlət başçısı
15 Sentyabr 2026 16:47
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident
15 Sentyabr 2026 16:43
"Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq" - Dövlət başçısı
15 Sentyabr 2026 16:30
İlham Əliyev beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - FOTOLAR + YENİLƏNİB
15 Sentyabr 2026 15:35
Ərdoğan Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 15:25
Suriyada əş-Şaraa hökumətinə qarşı etirazlar başlayır - Politoloq
15 Sentyabr 2026 14:52


Bakı -°C

