Prezident ekosidə zərərvuranların cəzalandırılması ilə bağlı qanunu təsdiqlədi
Prezident İlham Əliyev Cinayət Məcəlləsinə “Ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması dəyişikliyi təsdiqləyib.
Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sənədi təsdiqləyib.
Dəyişikliyə əsasən, Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250; № 7, maddə 772) aşağıdakı dəyişikliklər edilib:
1. 99-4.5-ci maddəyə “Məcəllənin” sözündən sonra “104-1,” rəqəmləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 104-1-ci maddə əlavə edilsin:
“Maddə 104-1. Ekosid
Sənədə əsasən, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda – on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Digər Xəbərlər
21 Noyabr 2026 10:10
“İran Parlamentində Pakistanın siyasətini tənqid edənlərin sayı artıb”
21 Noyabr 2026 10:04
Üç supergücün hesabında Bakı var - Əliyevin Vyetnam səfərinin böyük sirri
21 Noyabr 2026 10:00
Nikol Paşinyan Konustitusiyanı dəyişəcək - Politoloq
21 Noyabr 2026 09:36
Prezident gürcüstanlı həmkarına başsağlığı verdi
21 Noyabr 2026 09:12
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
21 Noyabr 2026 09:10
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - Sənədlər mübadilə olundu - FOTOLAR
21 Noyabr 2026 09:05
“Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb”
20 Noyabr 2026 18:00


Bakı -°C

