Prezident İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik
Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik.
Adalet.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində çıxış edərkən deyib.
Dövlət başçısı bildirib:
"Biz, eyni zamanda, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk. Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın. Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik.
Daxili əhəmiyyət daşıyan 700 kilometr uzunluğunda yolların çəkilişi prosesi gedir. Mən hələ əsas şəhərlərarası yolları kənara qoyuram, o layihələr haqqında kifayət qədər məlumat verildi. Bizim sərhədlərə gedən 700 kilometr yolların çəkilişi prosesi gedir və artıq qış gələnə qədər bu işin təqribən 80 faizi görüləcək. Yəni, torpaq, çınqıl örtüklə döşənmiş yollar və bu, bizə imkan verəcək ki, həm hərəkət üçün, həm hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənək. Əlbəttə ki, Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik. Bu, təbiidir və bundan sonra da söz sahibi olacağıq. Ona görə, bu məsələ ilə bağlı bəzən hansısa xarici dairələrdə də qeyri-adekvat fikirlər səsləndirilir. Buna ehtiyac yoxdur. Biz harada lazım bilmişiksə, orada da durmuşuq və əgər bu kimisə narahat edirsə, əgər kimsə əsəbləşirsə, necə deyərlər, getsinlər, su içsinlər".
Digər Xəbərlər
05 Oktyabr 2026 13:26
İlham Əliyev Malayziyaya səfərə dəvət olunub
05 Oktyabr 2026 12:47
Prezident Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
05 Oktyabr 2026 12:05
Prezident Ettienn Berxtoldu qəbul etdi - FOTOLAR
05 Oktyabr 2026 10:42
Jalə Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib
05 Oktyabr 2026 10:23
İran Azərbaycana qarşı davranışının cavabını almalıdır – Politoloq
05 Oktyabr 2026 10:23
“O, Putinlə son görüşündə açıq bildirib ki, müharibəni dayandırmaq lazımdır...”
05 Oktyabr 2026 09:00
ƏDALƏTİN BƏRPASI: AZƏRBAYCANIN SUVERENLİYƏ APARAN YOLU
04 Oktyabr 2026 23:51


Bakı -°C

